Pleyeri seçin:

"Bilmirəm ki, qışı necə yola verəcəyik" - Əhali imdad diləyir: “Bura yarandığı gündən...” - Baku TV

27 avqust 2026 311 baxış

İsmayıllı rayonunun Bəhliyan kəndinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək mavi yanacağın olmamasından əziyyət çəkdiklərini bildiriblər.

Kənddə vəziyyət o həddə çatıb ki, sakinlər həyətlərindəki meyvə ağaclarını doğrayaraq odun kimi istifadə edirlər. Bildirilir ki, kənd mövcud olduğu gündən bu günədək təbii qazla təmin olunmayıb.

Sakinlərin əsas tələbi kəndin qısa müddətdə qazlaşdırılmasıdır. Onlar xüsusilə qış aylarında odun tədarükünün ailə büdcəsinə ciddi yük yaratdığını deyirlər.

“Bu yayı birtəhər keçiririk. Kimisi 5, 10, 20, 30 manat verib balon doldurur, beləcə dolanırıq. Amma payız-qış gələndə çox əziyyət çəkirik. Allaha and olsun, oduna 1000 manatdan çox pul çıxır. Müraciət etmişik, amma dediyimiz söz elə söz olaraq qalıb”, – sakinlərdən biri bildirib.

Başqa bir sakin isə odunun qiymətinin yüksək olmasından şikayətlənib:

“Bir maşın odun 700 manata başa gəlir. Gərək bir inəyini verəsən ki, iki maşın odun alasan. Adam var ki, üç maşın yandırır, adam var ki, dörd maşın yandırır. Neçə dəfə icra nümayəndəsinə demişik, baxan yoxdur”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 311 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 311 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Seçilmişlər
icon