Pleyeri seçin:

Bina sakinlərinə istiliyin verilməsi niyə dayandırıldı? | "Azəristiliktəchizat"dan cavab

26 mart 2024 463 baxış

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun 116 ünvanında yerləşən binalardan birinə istilik verilməsi dayandırılıb.

Sakinlərin sözlərinə görə, onlara heç bir xəbərdarlıq edilmədən istiliyi kəsiblər.

“Adətən istilik aprelin 15-də kəsilir. Aprelin 15-nə 1 ay qalmış tamamilə bütün binanın istiliyini kəsdilər. Deyirlər ki, guya bizim borcumuz var. Heç kimin evini yoxlamadan, heç kimə demədən, istiliyi kəsiblər. Heç kim bilmir ki, nə qədər borcu var, qəbz gəlməyib”, – şikayətçi deyib.

“Azəristiliktəchizat”ın mətbuat katibi Elvin Basqallı isə deyilənləri təkzib edib. Vətəndaşların istifadə etdikləri enerjiyə görə borclarını ödəmədiklərini və xəbərdarlıq üçün binanın girişində elan yerləşdirdiklərini deyib:

“Binada 104 mənzil var. Onlardan 46-sı mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. 42-si isə istilik haqlarını ödəmir. Yəni cəmi 4 mənzil istilik haqlarını ödəyib. Bununla əlaqədar bütün mənzillərə xəbərdarlıq edilib. Blokların önündə elanlar vurulub. Bu səbəbdən də binanın istilik təchizatı dayandırılıb”.

Qurum rəsmisi onu da əlavə edib ki, istilik binaya fərdi yox, ümumi verildiyindən borcunu ödəyənlər də istiliksiz qalıblar.

Banner
Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Bahalı məktəb şagirdə nə verir: keyfiyyətli təhsil, yoxsa əlavə xidmət? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Xatirə bulağından əsər-əlamət qalmayıb | Şəhid bulağı niyə baxımsız qalıb? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 463 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 463 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 463 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 463 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 463 baxış
Seçilmişlər
icon