Pleyeri seçin:

Bizim vaxtımızda belə şey yox idi... | Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?

11 iyun 2025 673 baxış

İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların böyük əksəriyyəti smartfonlardan istifadə edirlər.

Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər tutmaq üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Şagirdlər isə dərsə qulaq asmaq əvəzinə telefonda müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdən istifadə edirlər. Çox vaxt məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar.

Maraqlıdır, bəs təhsil müəssisələrində telefonlardan istifadəni necə məhdudlaşdırmaq olar?

Təhsil eksperti Kamran Əsədov məktəblərdə şagirdlərə ağıllı cihazlardan istifadəni qadağan etməyi təklif edib:

“Mövcud qanunvericilik məktəblərin girişində şagirdlərdən mobil telefonlar və ağıllı cihazların toplanmasına imkan verir. Fransada və ABŞ-nin bəzi ştatlarında şagirdlərin mobil telefon və köməkçi vasitələrdən istifadəsi qadağan edilib. Birmənalı şəkildə biz də bunu tətbiq etməliyik. Hesab edirəm ki, məktəblərin girişində xüsusi şkaflar qurulmalı və hər kəs mobil telefonunu ora qoymalıdır”.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Sakinlərdən biri belə deyib: “Valideyn və müəllim icazə verir, şagirdlər də istifadə edirlər. Ona görə də dərsdən yayınır, diqqətləri dağılır, oxuya bilmirlər”.

Başqa bir sakin isə fikrini bu sözlərlə ifadə edib: “Mən övladıma orta məktəbi bitirənə qədər telefon almamışam. Amma indiki gənc valideynlər uşaqlara erkən yaşda telefon verirlər”.

Banner
“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

“Qarabağın bugünkü mənzərəsi...” | “Nərimanov” metrostansiyasında Zəfər Günü qeyd olundu - Baku TV

Cəmiyyət
05 noyabr 2026 673 baxış
Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Övladının müalicəsi üçün "lotereya" oynayan qadının başına nə gəldi? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 673 baxış
Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 673 baxış
“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

“Uşaqları qucaqda aparırıq ki, xata-bala olmasın” | Əhali illərdir bu problemdən qurtulmur - Baku TV

Cəmiyyət
05 noyabr 2026 673 baxış
“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

“Ən yaxın dost saydıqlarımızdan umduğumuzu ala bilmədik” | Müharibə vaxtı nələr yaşandı? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 673 baxış
Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Sakinlər yağ qiymətlərindən narazıdır: bahalaşmanın səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
05 noyabr 2026 673 baxış
“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

“Özün oynamısan, mənlik deyil” | Oynadığı “lotereya” başına iş açdı | “Dedi, şikayət edə bilmərəm”

Cəmiyyət
05 noyabr 2026 673 baxış
“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

“Kərə yağı da, bitki yağı da bahalaşıb” | Yağlarda qiymət artımının səbəbi nədir? - Baku TV

Cəmiyyət
05 noyabr 2026 673 baxış
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 673 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 673 baxış
Seçilmişlər
icon