Pleyeri seçin:

Bölünüb parça-parça edilən Qırxbulaq mahalı | Qərbi Azərbaycan Xronikası

12 iyul 2023 138 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə tarixən ermənilər tərəfindən parçalanan, bölünən, zəbt edilən, zəngin təbiətli qədim ərazilərimizdən olan Qırxbulaq mahalı haqqında süjet hazırlanıb.

“Bölünüb parça-parça edilən Qırxbulaq mahalı” adlı süjetdə Qərbi azərbaycanlıların daim erməni şovinistləri tərəfindən deportasiyaya məruz qalaraq məcburən qədim ata-baba yurdlarından, hər qarışında ayaq izləri qalan oğuz yurdundan didərgin salındığı, yaşadıqları ərazilərin mənimsənildiyi faktlarla ortaya qoyulub. Bildirilir ki, XVIII və XIX əsrlərdə inzibati ərazi vahidi kimi adı Qırxbulaq çayından götürülən və bütün dövrlərdə azərbaycanlıların yaşadığı bu məkan orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının tərkibinə daxil olub:\

“Bu toponim Azərbaycan dilində “çoxlu” mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranıb. 1728-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Qırxbulaq nahiyəsində 30-dan çox kənd mövcud olub. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində Qırxbulaq mahalında 26 kənd dağıdılıb. 1828-ci ildə Qırxbulaq mahalında 22 kənd olub və 1905-ci ildə isə Qırxbulaq mahalında 3 kənd tamamilə məhv edilib”.

Qeyd olunur ki, şimaldan Axta rayonu, şərqdən Göyçənin Kəvər rayonu, cənubdan Vedi və Qəmərli rayonları, qərbdən Əştərək rayonu, cənub-qərbdən İrəvan şəhəri ilə həmsərhəd olan Qırxbulaq mahalına 1831-ci ildən sonra Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilib:

“1905-1906-cı illərdən başlayaraq azərbaycanlılar sıxışdırılıb. 1906-cı ildən burada ermənilər yaşayıb. Sovet işğalından sonra – 1930-cu il sentyabrın 9-da Qırxbulaq mahalı ərazisində Ellər rayonu yaradılıb. 1961-ci il oktyabrın 12-dək Kotayk bölgəsi, həmin tarixdən etibarən isə Abovyan olaraq dəyişdirilib. 1990-cı ildə isə Abovyan bölgəsi yenidən Kotayk adlandırılıb”.

Süjetin sonunda diqqətə çatdırılır ki, yüksək dağ silsilələri ilə zəngin, qədim körpüləri, məscidləri və türk xristianlığının izi olan məbədləri ilə məşhur olan bu mahal hayların hazırladığı xəyanət torunun qurbanı olsa da, əzəli sahibləri buz bulaqları, saysız-hesabsız çeşmələri ilə yaddaşlara hopan Qırxbulaq mahalına yenə sahib çıxacaqlar: “Çünki əsas hədəf Qərbi Azərbaycana qayıdışdır”.

Banner
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 138 baxış
Seçilmişlər
icon