Pleyeri seçin:
Boşanmaların sayı sürətlə artmaqdadır
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Bütövlükdə bunun müxtəlif səbəbləri var. Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsi bununla bağlı araşdırma aparıb: 2000-ə yaxın insanın iştirak etdiyi on-line sosial sorğuda insanlar boşanma ilə bağlı müxtəlif səbəblər göstərirdilər. Nəticə göstərir ki, nikaha girən cütlüklər bir çox hallarda ailə qurmağın sosial və mənəvi məsuliyyətini dərk edə bilmir. Məsuliyyətin dərk olunmaması birgə yaşayış zamanı bir sıra problemlər yaradır. Amma ən əsas səbəb olaraq xasiyyətlərin uyğunsuzluğu göstərilib.
Kopyalandı
