Pleyeri seçin:

Böyük Marağa səbəb olan sərgi

18 mart 2023 408 baxış

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Dünya Türkologiya Mərkəzi və Türk Dünyası Ağsaqqalları İctimai Birliyinin Qadınlar Şurasının təşkilatçılığı ilə martın 17-də “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq konfrans iştirakçıları öncə arxeoloji - etnoqrafik təqdimat və qadın əl sənəti nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə baramadan qadın bəzək əşyaları, təbii ipəkdən baş geyimləri, müxtəlif aksessuarlar, təbii dəridən və müxtəlif parçalardan Novruz suvenirləri nümayiş etdirilib.

Beynəlxalq tədbiri giriş sözü ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov açıb. O, Novruz ənənələrinin Azərbaycanın milli mədəniyyət tarixində yerindən, bütün qadağalara baxmayaraq, xalımızın yüzillər boyunca bu bayramı yaşatmasından danışıb.

Beynəlxalq konfransda türk dövlətçiliyində qadın, türk dünyasının cəsur qadınları, qadının cəmiyyətdə rolu, qadın sənətkarlığı, mərasim və ayinlərin yaradılmasında qadınların rolu, Novruz mərasimlərində arxaik ənənələr və s. mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan və Rusiyadan türkoloq alimlər iştirak ediblər.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 408 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 408 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 408 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 408 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 408 baxış
Seçilmişlər
icon