Bu 3 məlumatı heç kimlə paylaşmayın | DİM-dən kibertəhlükəsizlik xəbərdarlığı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərdən istifadə edən şəxslərə kibertəhlükəsizliklə bağlı xəbərdarlıq edib.
Qurumun məlumatına görə, son dövrlərdə zərərli proqramların yayılması və müxtəlif kiberhücumların artması şəxsi məlumatların qorunmasını daha da vacib edib.
DİM istifadəçilərə elektron xidmətlərə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı internet şəbəkələri və təhlükəsiz cihazlar vasitəsilə daxil olmağı tövsiyə edir. Xüsusilə internet klublarda və ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə şəxsi hesablara daxil olmaqdan çəkinmək məsləhət görülür.
Qurum həmçinin istifadəçilərə hesabların giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını başqa şəxslərlə paylaşmamağı, tanımadıqları şəxslərdən və şübhəli mənbələrdən gələn keçidlərə (linklərə) daxil olmamağı tövsiyə edir.
DİM bildirir ki, şəxsi məlumatların qorunması yalnız informasiya sistemlərinin texniki müdafiəsindən deyil, istifadəçilərin də təhlükəsizlik qaydalarına əməl etməsindən asılıdır.
Qurum elektron xidmətlərdən istifadə zamanı diqqətli olmağa və şəxsi məlumatların təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.
#Dövlət İmtahan Mərkəzi teqi istifadə olunub
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- Əzbər bilik, yoxsa real bacarıq?
- PISA tipli tapşpırıqlar imtahanlarda nə zamandan tətbiq edilə bilər? - Baku TV
- İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV
- Doktoranturaya qəbulda kütləvi kəsilmə | Namizədlər DİM-in qərarına etiraz edir - 24 SAAT
