Bu gün Azərbaycanda Anım Günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
3 il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Beləliklə, Prezident İlham Əliyevin əmri ilə Ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb.
Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib. Azərbaycan xalqı Prezidentə və orduya dəstək verib. Ölkəmiz bu müddətdə bir sıra xarici təzyiqlərlə üzləşib, lakin Prezident İlham Əliyevin qətiyyəti ilə Ordumuzun uğurlu əməliyyatları davam edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam edib, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarılıb. Vətən müharibəsi ilə Ermənistan Ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mifik təsəvvürlər göyə sovrulub.
Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib. Hazırda həmin hərbi qənimətlər Bakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, 6 nəfər isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
#Anım günü (27 Sentyabr) teqi istifadə olunub
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- "Qürur duyuram ki, torpaqlarımız geri alınıb" | Qürur və kədər bir arada - Baku TV
- Qəhrəmanların keçdiyi döyüş yolu bir daha yada salındı - Baku TV
- "Yaralı olmağına baxmayaraq..." | Döyüşə yollandı, üç övladını Vətənə əmanət qoydu - Baku TV
- Qürur və kədər bir arada | Azərbaycan qəhrəmanlarını unutmadı - Baku TV CANLI
