Bu gün başqa qiymət, sabah başqa | Ölkədəki qiymətlərdə artım var?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin iyun ayında ölkədə qiymətlər əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,1 faiz artıb. Yanvar-iyun aylarında ümumilikdə qiymətlər ötən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz yüksəlib. 2024-cü il üzrə orta illik inflyasiyanın 2,7 faiz olacağı proqnozlaşdırıb.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Sorğu iştirakçıları qiymət artımının daha çox olduğunu düşündüklərini bildiriblər. “Pensiya, maaş azdır. Amma qiymətlər od bahasınadır”, – sakin söyləyib.
İqtisadçı Rəşad Həsənov isə deyir ki, inflyasiyanın hesablanmasında əsas məqam məlumatların düzgün toplanmasıdır.
“Alternativ yolla inflyasiyanın hesablanması böyük miqdarda maliyyə vəsaiti və resurslar tələb etdiyindən bu işin Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsi mümkünsüzdür. Başqa sözlə, alternativ hesablanma aparılmadığından rəsmi göstəricilərin mübahisələndirilməsi də əsaslı deyil”, – deyə o əlavə edib.
#Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi teqi istifadə olunub
- 2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV
- Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV
- Təbii artımın minimuma enməsinin səbəbləri nələrdir? | Həyəcanverici statistika - Baku TV
- Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV
- BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV
