Pleyeri seçin:

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür - Baku TV

02 yanvar 2026 536 baxış

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib.

General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 536 baxış
Seçilmişlər
icon