Pleyeri seçin:

Qanla tarix yazdılar | Polad Həşimov və İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gün

14 iyul 2025 629 baxış

14 iyul Azərbaycanın Milli Qəhrəmanları ‒ general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirlərindən sonra Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb və geri oturdulub.

İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. Artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Nəticədə Ermənistan ordusunun atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər darmadağın edilib.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhidlik zirvəsinə ucalıb. Şəhid olanlardan biri də polkovnik İlqar Mirzəyev olub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Polad Həşimova və İlqar Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Onlar II Fəxri xiyabanda dəfn olunublar.

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 629 baxış
Seçilmişlər
icon