Pleyeri seçin:

Tovuz döyüşlərinin pərdəarxasında olanlar | Ermənistanın əsas hədəfi nə idi? - HƏRBİ XRONİKA

12 iyul 2026 410 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərinin hərbi, siyasi və geoiqtisadi mahiyyəti təhlil olunub.

Bildirilib ki, bu döyüşlər təsadüfi sərhəd toqquşması deyil, Ermənistanın Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinə, Qərbə çıxışını təmin edən strateji xətlərə təzyiq göstərmək məqsədi daşıyan hərbi avantürası idi.

Vurğulanıb ki, hadisələr Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatının və Davit Tonoyanın “yeni müharibə – yeni ərazilər” doktrinasının davamı idi. Qaraqaya kimi yüksəkliklər uğrunda mübarizə isə müşahidə və atəş üstünlüyü baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Qeyd olunub ki, Ermənistan qarşıdurmanı Qarabağdan şərti sərhədə daşımaqla özünü “hücuma məruz qalan tərəf” kimi göstərməyə, Rusiya və KTMT faktorunu prosesə cəlb etməyə çalışırdı.

Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, digər hərbçilər və mülki şəxs Əziz Əzizovun həlak olması təhlükənin yalnız hərbi mövqelərlə məhdudlaşmadığını göstərdi.

Vurğulanıb ki, Tovuz döyüşləri status-kvonun yeni təxribatlar və itkilər yaratdığını göstərdi. Bu prosesin cavabı isə iki ay sonra Qarabağ cəbhəsində verildi və Azərbaycan dəyişməz qalan status-kvonu döyüş meydanında aradan qaldırdı.

Banner
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 410 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 410 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 410 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 410 baxış
Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Avropa Məhkəməsi Əli Kərimlinin Azərbaycana qarşı iddiası ilə bağlı hansı qərarı verdi? - Baku TV

Siyasət
04 noyabr 2026 410 baxış
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 410 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 410 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 410 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 410 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 410 baxış
Seçilmişlər
icon