Pleyeri seçin:
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub
Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119-u ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirin rəsmi hissəsində çıxış edənlər ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf perspektivləri və “IDDA Awards”ın bu prosesdə rolu barədə fikirlərini bölüşüblər.
Kopyalandı
