Pleyeri seçin:

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

17 dekabr 2025 361 baxış

Sumqayıtda kişi ayrıldığı sevgilisindən qeyri-adi qisas alıb.

33 yaşlı İkram Quliyev 1 həftə əvvəl ayrıldığı sevgilisinin yaşadığı evə gedib və qapını davamlı olaraq döysə də, qadın məhəl qoymayıb. Belə olan halda İkram qeyri-adi yolla qisas almağı düşünüb.

O, kəskin qoxulu naməlum məhlulu evin qapısına və qapının gözcük hissəsinə səpib. Kəskin qoxudan qadının vəziyyəti pisləşib. Onun şikayəti əsasında polis əməkdaşları İkramı saxlayıblar.

İkram Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polis, yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq maddələri ilə protokol tərtib olunub.

Zərərçəkən qadın bildirib ki, 11 ildir İkramla sevgi münasibətləri var: “Son zamanlar münasibətimiz pisləşib və 1 həftədir ki, ayrılmışıq. İkram gəlib mənzilimin qapısını fasilələrlə döydü, lakin açmadım. Bundan sonra o, qapıma və gözcük hissəyə kəskin qoxulu maddə tökdü. Qoxudan vəziyyətim pisləşdi və 102 xidmətinə zəng etdim”.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İkram Quliyev 150 manat məbləğində cərimə edilib. 

Kopyalandı
Banner
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

“Mənə daşın üstü də yararlıdır” | Vətəndaş 10 ildir torpağını niyə rəsmiləşdirə bilmir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 361 baxış
Seçilmişlər
icon