Pleyeri seçin:

"Bu küçə qan çanağı olub!" | Sakinlər dəhşət içində | "Hamımız xəstəlik tutmuşuq" - Baku TV

12 sentyabr 2026 195 baxış

Gəncənin Əziz Əliyev küçəsində tez-tez baş verən yol-nəqliyyat hadisələri sakinləri narahat edir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, ərazidə günün müxtəlif saatlarında ağır qəzalar baş verir. Onların sözlərinə görə, əsas səbəblərdən biri sürücülərin yüksək sürətlə hərəkət etməsidir.

Sakinlərdən biri bildirib ki, bir gün ərzində ərazidə üç ağır qəza baş verdiyinin şahidi olub. Digər sakinlər isə avtomobillərin əyləc səsini eşidən kimi təşvişə düşdüklərini, uzun müddətdir stres içində yaşadıqlarını deyiblər.

Onlardan biri vəziyyətin dözülməz həddə çatdığını bildirərək evini satışa çıxardığını qeyd edib: “Stresdən yaşaya bilmirik. Evimizi satışa qoymuşuq. Hamı buranın təhlükəli olduğunu bilir deyə heç kim evi almaq istəmir. Deyirlər ki, sən qorxub qaçırsansa, mən gəlib burada necə yaşayım?”.

Sakinlərin sözlərinə görə, qəzalar nəticəsində yol kənarındakı ağaclara, avtomobillərə və digər əmlaka da ziyan dəyib. Onlar bildirirlər ki, küçədə avtomobil saxlamaq belə təhlükəlidir.

“Bura yaşayış yeridir. Hamının qapısı yola açılır. İnsanlar uşağını məktəbə buraxmağa belə qorxur. Avtomobillər ağlagəlməz sürətlə hərəkət edir. Bu küçə qan çanağına çevrilib”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Gəncə şəhəri Əziz Əliyev küçəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ədəd sürət həddinə nəzarət edən radar quraşdırılıb.

Bununla yanaşı, şəhərin digər küçə və prospektlərində olduğu kimi, sözügedən ərazidə də yol polisi əməkdaşları tərəfindən mütəmadi monitorinqlər aparılır, hərəkət iştirakçıları ilə profilaktik tədbirlər həyata keçirilir və yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edilir.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 195 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 195 baxış
Seçilmişlər
icon