Pleyeri seçin:

“Bu, qadının həyatını riskə atır” | “Yumurta" satan həkimləri nə gözləyir?

27 iyun 2025 790 baxış

Sosial şəbəkələrdə son zamanlar “700-800 manata yumurta”, “yumurta donoru axtarılır”, ya da “başqasına həyat ver” kimi elanlara tez-tez rast gəlinir. Belə elanlar bir tərəfdən övlad sahibi ola bilməyənlərin ümid yeri olsa da, digər tərəfdən bəziləri hətta bilmədən “donor ticarəti”nin qurbanına çevrilir.

Sosioloq Lalə Mehralı bir qadının bu bazarın qurbanlarından biri olduğunu bildirib:

“Həmin xanım uzun illər başına gələnlərin fərqində olmayıb. Bu hadisədə həm həkim, həm də klinika cinayət məsuliyyəti daşıyır. Təəssüf ki, həmin həkim artıq həyatını itirib və buna görə də zərərçəkənin indi həkim barədə şikayət etməsinin hüquqi əhəmiyyəti qalmayıb".

Lalə Mehralının sözlərinə görə, insanlar bu işə qan donorluğu qədər sadə və xoşniyyətli iş kimi yanaşsalar da, məsələnin mahiyyətini tam dərk etmirlər.

“Follikulların horman iynələri ilə yetişdirilərək satılması zamanı qadınlar bilməlidirlər ki, hər ay 2-5 uşaq dünyaya gətirmiş sayılırlar. Amma onların övladları tanımadıqları ailələrdə, bilmədikləri şəraitdə böyüyürlər”, − sosioloq bildirib.

Ginekoloqlar yumurta yetişdirmə və toplama prosesinin riskli olduğunu deyirlər. Ödənilən pul da buna görə təklif olunur. Belə ki, proses zamanı yumurtalıqların şişməsi baş verə bilər. Yumurta toplama da kiçik cərrahi müdaxilədir və zədələnmə, infeksiya riskləri var.

Bəs bu cür hallarda qanunvericilik nə deyir? Sonsuzluqla mübarizədə bu müalicə metodu nə dərəcədə ədalətli və effektivdir?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, qanunvericilik baxımından follikul donorluğu insan orqan və toxuma transplantasiyası ilə bağlı qanunların müəyyən müddəalarını əhatə etsə də, ölkədə bu sahəni konkret tənzimləyən xüsusi qanun yoxdur. Bu səbəbdən, belə proseslərdə qanun pozuntularının baş verməsi halında həm inzibati, həm də cinayət məsuliyyəti yarana bilər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilir ki, ölkədə follikul və yumurta donorluğunu tənzimləyən ayrıca qanunvericilik mövcud deyil və hüquqi çərçivədə bu sahə qeyri-müəyyən olaraq qalır. Buna görə də belə hallarla qarşılaşan şəxslərə hüquqi məsləhət almaq tövsiyə olunur.

Kopyalandı
Banner
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 790 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 790 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 790 baxış
Seçilmişlər
icon