Pleyeri seçin:

Bu qədim inancın elmi izahı yoxdur | Versiyalara görə isə...

07 fevral 2025 225 baxış

Hava dəyişəndə, xüsusən yağışdan əvvəl bəzi insanların oynaqları ağrıyır.

Əsrlər boyu aparılan müşahidələrə baxmayaraq, alimlər hələ də bunun səbəbini və hava ilə oynaq ağrıları arasında əlaqə olub-olmadığını dəqiq müəyyən edə bilməyiblər.

“The Conversation” portalı bu mövzuda alimlərin fikirlərini dərc edib.

Bildirilir ki, ağrı hissini izah edən əsas səbəblərdən biri barometrik təzyiqdir. Barometrik təzyiq hündürlükdən və hava şəraitindən asılı olaraq dəyişir: aşağı təzyiq adətən yağışlı və buludlu havanı, yüksək təzyiq isə aydın və sakit günləri göstərir.

Oynaqlar hərəkəti asanlaşdıran xüsusi maye ilə örtülmüş mürəkkəb strukturlardır. Lakin osteoartrit kimi xəstəliklərdə ətraf mühitdəki kiçik dəyişikliklər belə ağrıya səbəb ola bilər.

Bir çox alim düşünür ki, atmosfer təzyiqinin azalması oynaqlardakı iltihablı toxumaların genişlənməsinə və bunun ağrını artırmasına səbəb olur. Alimlər bu nəzəriyyəni dəstəkləyirlər, amma nəticələr hələ də birmənalı deyil.

Yeni bir araşdırma təzyiqin azalması ilə oynaq ağrıları arasında ortasəviyyəli bir əlaqə tapıb, amma hava dəyişikliklərinə fərdi reaksiyalarda əhəmiyyətli fərqlər olduğu qeydə alınıb.

Bundan əlavə, barometrik təzyiq təkbaşına təsir göstərmir. Temperatur və rütubət də oynaq ağrılarına təsir edir. Buna baxmayaraq, hansı faktorun – temperatur, rütubət və ya təzyiqin oynaq ağrılarına daha çox təsir etdiyini müəyyən etmək çətindir.

Alimlər hesab edirlər ki, hava ilə oynaq ağrıları arasındakı əlaqə hələ də tam olaraq elm tərəfindən sübut edilməsə də, toplanmış məlumatlar göstərir ki, bu qədim inancın bir hissəsi həqiqətə əsaslana bilər.

Kopyalandı
Banner
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 225 baxış
Seçilmişlər
icon