Bu, qələbənin siqnalı idi! | Ermənilərin yaratdıqları mifə necə son qoyuldu?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ohanyan səddi” 1994-cü ildə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi ilə qurulmuşdu və sonrakı dövrdə gücləndirilmişdi.
Bu səddin qurulmasında məqsəd Azərbaycan Ordusunun hücumu zamanı müdafiə olunmaq və əks-hücuma keçmək idi.
Sədd kompleks müdafiə səngərlərinin, tank əleyhinə xəndəklərin, məftil hasarların olduğu, eyni zamanda həm tank, həm də piyada əleyhinə minaların basdırıldığı sahələrdən ibarət olub.
Azərbaycan Ordusu elə Vətən müharibəsinin ilk günlərində bu sədd haqqında ermənilərin uzun illər ərzində yaratdıqları mifə son qoydu. Müharibə başlayandan bir neçə gün sonra “Ohanyan səddi” cəbhənin fərqli istiqamətlərində yarıldı.
Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə “Ohanyan səddi”nin keçilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, qələbənin siqanalı idi.
“Heç bir əsgərə doğma torpağını azad etmək qədər motivasiya verən ikinci faktor ola bilməz. “Ohanyan səddi”nin yarılması çox böyük qələbənin yaxında olduğunun siqnalı idi. Digər tərəfdən, əsgərlərimiz düşmənin mövqeyinə gedib çıxanda dayanmaq istəmirdilər. Onlarda qələbəni dadıb daha çox ərazini düşməndən təmizləmək istəyi yaranmışdı. Müharibənin ilk günü ən ağır günümüz idi. Ən ağır itkilərimiz də həmin gün oldu. Buna baxmayaraq dayanmadıq”, – deyə ekspert əlavə edib.
#Vətən müharibəsi teqi istifadə olunub
- Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV
- "Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV
- “Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV
- Qubadlı əməliyyatının az bilinən detalları - QARABAĞ XRONİKASI
- Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV
