Cəmiyyət
Pleyeri seçin:
Bu qiymətə gələn göyərtiyə nə edə bilərik? - Alıcılar və satıcılar bazardakı vəziyyətdən danışdı
Bazarlarda satılan göyərtilərin dəstəsi balaca olsa da, qiyməti bahadır.
Satıcıların sözlərinə görə, göyərti dəstələrinin balaca olmasının səbəbi rayonlardan bazarlara bu formada göndərilməsi ilə əlaqədardır.
“Yağış yağıb göyərtiləri məhv edir. Ona görə də bazara gətirilən dəstələr balaca olur”, – deyə satıcı söyləyib.
Alıcılar da göyərtinin qiymətinin baha olduğunu təsdiq edərək dəstəsinin balaca olmasından şikayətləniblər.
“İllərdir, göyərtini belə vəziyyətdə görürəm: 20 qəpiyə satılan balaca dəstələr”, – deyə alıcı narazılıq bildirib.
“Aldığımız göyərti bu qiymətə dəymir. Əvvəllər dəstələr böyük, göyərti də keyfiyyətli idi. İndi alanda elə bil ot yeyirsən”, – başqa bir alıcı deyib.
Kopyalandı
Seçilmişlər