Bu şagirdlərin yaradıcılığı sizi heyrətləndirəcək | "Çox yoxladım, alınmamışdı, sonra..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin fizika müəllimi Aytac Sadıqovanın dərsləri digərlərindən fərqlənir. O, şagirdləri dinləyici olmaqdan çıxarıb, dərsin birbaşa iştirakçısına çevirir.
Aytac müəllimə dərslərdə layihə və təcrübə əsaslı öyrənməyə üstünlük verir ki, şagirdlər öyrəndiklərini toxunaraq, sınaqdan keçirərək mənimsəsinlər.
“Bu zaman məlumatlar yaddaşda daha uzun müddət qalır və öyrənmə prosesi həm əyləncəli, həm də sevgi ilə olur. Əvvəllər informasiya axını məhdud idi və müəllim əsasən izah vasitəsi rolunu oynayırdı. Lakin indi şagirdlər süni intellekt və rəqəmsal platformalar vasitəsilə istədikləri məlumatı istənilən anda əldə edə bildikləri üçün sadəcə izah və mühazirə tipli dərslər onları maraqlandırmır və yorur. Ona görə də dərsləri şagird yönümlü keçirəndə və onların maraqlarını ön plana çəkəndə daha yaxşı nəticələr əldə edirik”, – deyə Aytac Sadıqova qeyd edib.
#Masazır teqi istifadə olunub
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
- "Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər
