Bu vasitəçilərin xidmətindən istifadə etməyin | Sahil Babayev
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda ünvanlı dövlət sosial yardım məsələsində manipulyasiya etmək istəyən şəxslər, vasitəçilər var”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.
O bildirib ki, həmin şəxslər yalandan bir günlük, bir aylıq şirkətlər və ya fərdi sahibkarlıq qeydiyyat nömrələri götürərək guya 100 nəfəri işə götürüb sonradan çıxarırlar:
“Onlar sadəcə saxtakarlıqla məşğul olurlar. Nazirlik bu sahədə daimi monitorinq həyata keçirir. Belə müvəqqəti iş yerləri üzərindən sırf ünvanlı dövlət sosial yardım üçün vasitəçilərə qarşı tədbirlər görülür, bir neçəsi barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.
Buradan vətəndaşlara səslənirəm ki, heç bir vasitəçinin köməyindən istifadə edərək ÜDSY üçün müraciət etməsinlər. Birbaşa nazirliyin strukturlarına müraciət edə bilərlər. Elektron sistem üzərindən heç bir çətinlik çəkmədən birbaşa özləri qeydiyyatdan keçə bilərlər”.
#Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi teqi istifadə olunub
- Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib - Baku TV
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
- Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV
