Pleyeri seçin:

Bu yol təmir olunsa, Masazıra giriş-çıxış daha rahat olacaq - Baku TV

30 iyul 2026 290 baxış

Masazır qəsəbəsində minlərlə sakinin istifadə etdiyi alternativ yol yararsız vəziyyətdədir.

Söhbət Masazır dairəsinə daxil olmadan birbaşa Novxanı və Sumqayıt istiqamətinə çıxışı təmin edən yoldan gedir.

Vətəndaşların müraciəti əsasında əraziyə baxış keçirilib.

Sakinlərin sözlərinə görə, illərdir təmir olunmayan yol həm sürücülər, həm də piyadalar üçün ciddi çətinlik yaradır.

Şikayətçilər bildirirlər ki, yolun bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım briqadaları ünvana gecikir, taksi sürücüləri isə əraziyə sifariş götürməkdən imtina edir.

Qeyd edək ki, bu yoldan 3 və 4 nömrəli məktəblər, “Yeni Bakı” yaşayış kompleksi və “Qurtuluş-93” yaşayış kompleksi istiqamətində hərəkət edən sakinlər istifadə edirlər. Ərazidə çəkiliş zamanı 517 saylı sərnişin avtobusunun və yük avtomobillərinin də bu yoldan istifadə etdiyi müşahidə olunub.

Sakinlərin sözlərinə görə, yolun təmiri Masazır dairəsində yaranan sıxlığın da azalmasına kömək edə bilər. Çünki sürücülər yolun vəziyyətinə görə alternativ istiqamətdən istifadə edə bilmir və əsas yolda əlavə yük yaranır.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, hələlik nəticə olmayıb. Sakinlər problemin tezliklə həll olunmasını gözləyirlər.

Kopyalandı
Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 290 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 290 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 290 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 290 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 290 baxış
Seçilmişlər
icon