Bu yolla, həqiqətən də, varlanmaq olur? - Azərbaycanda yayılan ağlasığmaz təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Orijinala oxşar dizaynla kredit təşkilatlarının saxta saytlarını yaradıb insanları tələyə salırlar. Onlar bu yolla insanların şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev bildirir ki, fişinq saytları tez-tez tanınmış bankların və ya kredit təşkilatlarının dizaynını təqlid edir:
“Etibarlı saytların “URL”i “HTTPS” yazısı ilə başlayır. Fişinq saytları çox vaxt e-poçt və mesajlar göndərərək insanları öz saytlarına yönləndirir. Hər hansı bir linkə vurmazdan öncə göndəricinin etibarlılığını araşdırmaq və e-poçt ünvanına diqqətlə baxmaq lazımdır. Fişinq saytları eyni zamanda tez-tez şəxsi məlumatlar tələb edir. Bu cür saytlara məlumatlar vermək olmaz”.
Mütəxəssis kompüterdə və telefonda təhlükəsizlik məqsədilə antiviruslar quraşdırmağı məsləhət görür.
Daxili İşlər Nazirliyi vətəndaşları cəlbedici təkliflər edən belə saytlara qarşı diqqətli olmalığa çağırır. Əgər belə bir saxta sayta rast gəlsəniz və ya şübhələndiyiniz linklə qarşılaşsanız, dərhal hüquq-mühafizə orqanlarına və ya müvafiq qurumlara məlumat verməyiniz məsləhət görülür.
