Bura qədər bəsdir… | "Badımcan taksilər" niyə qarajda çürüdülür?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir vaxtlar milyonlarla vəsait ayrılaraq ölkəyə gətirilən, hər kəsin “badımcan taksi” kimi tanıdığı avtomobillər “Bakı Taksi Xidməti” MMC-nin ərazisində çürüdülür.
Baku TV-nin əməkdaşı sözügedən ərazidə olub, məsələni aydınlaşdırmağa çalışıb.
“Nəqliyyat Nazirliyindən gəlib yoxlama apardılar. Onlardan qüsur aktları haqqında soruşduqda dedilər ki, itirmişik, arxivdə olan sənədlərin heç biri yoxdur. Ona görə də Azərbaycana gətirilən London taksiləri bu vəziyyətə düşüb, sanki burada böyük bir orduya çevrilib”, – keçmiş sürücü deyib.
Xatırladaq ki, London taksilərinin ölkəyə gətirilməsinə 2010-cu ildən başlanılıb. Paytaxtda taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə “Baku Taxi” MMC 27 aprel 2010-cu ildə təsis edilib və "London Taxi TX4" avtomobilləri ölkəmizə idxal edilib. Bu avtomobillər 13 iyun 2011-ci ildən Bakıda taksi kimi fəaliyyətə başlayıb. Gətirildiyi vaxtdan gömrük qeydiyyatından keçirilməyən bu avtomobillər zamanla aidiyyəti qurum tərəfindən saxlanılaraq istismarına qadağa qoyulub.
#London teqi istifadə olunub
- Britaniyada yüzlərlə insan meydanlara axışdı | Silah tədarükünə qarşı yürüş keçirildi - Baku TV
- Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək
- Yura dövrünün nəhəng okean canlıları nümayiş etdilir
- London polisi Starmerin ofisinin əməkdaşlarını niyə dindirəcək?
- İngiltərədə naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər - Baku TV
