Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv etdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim oğuz yurdu kimi yaşadılan və zaman-zaman izi itirilən Sərdarabad mahalı haqqında süjet hazırlanıb.
“Ermənilərin 8 kəndini dağıtdığı mahal” adlı süjetdə XVIII əsrin ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri olan Sərdarabad mahalının Qərbi Azərbaycanda, Araz çayının şimal tərəfində, Sürməli mahalının əks istiqamətində yerləşdiyi bildirilir.
Qeyd olunur ki, Sərdarabad mahalı şimaldan Talın, cənubda onu Sürməli mahalından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Kərpibasar və Zəngibasar mahalları ilə həmsərhəd idi: “Axırıncı İrəvan xanı Hüseynəli xan tərəfindən 1817-ci ildə Sərdarabad qalası salındıqdan sonra xanın fərmanına əsasən, burada əhali məskunlaşdırılır və nəticədə yeni mahal yaranır. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. Ümumiyyətlə, təxminən 30 kənddən ibarət olan mahalın 8 kəndi müharibələr nəticəsində dağıdılır”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
