Cavad xanın anım günü keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə şəhərin sonuncu xanı olan Cavad xan anım günü keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən anım mərasimində ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
216 il əvvəl Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan şəhid olub.
Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, 1804-cü il yanvarın 3-dən 4-ə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunlarına qarşı döyüş başlayır. Cavad xan oğulları ilə birlikdə şəhərin müdafiəsinə qalxır. Lakin işğalçı qüvvələr say etibarilə çox olur. Uzun çəkən döyüşlər nəticəsində Cavad xan oğulları və yüzlərlə gəncəli ilə birgə qəhrəmancasına həlak olur.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları Cavad xanla bağlı hazırlanan tamaşa ilə çıxış edib.
Daha sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
