Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV
Onlayn alış-veriş edən vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur.
Daxili İşlər Nazirliyi vətəndaşlara bununla bağlı xəbərdarlıq edib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq məhsulları real bazar dəyərindən qat-qat aşağı qiymətlərlə təklif edirlər:
“İlk baxışda bu təkliflər çox cəlbedici və sərfəli görünür. Amma ödəniş alındıqdan sonra vətəndaşlarla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar”.
Onun sözlərinə görə, vətəndaşlar internet və sosial şəbəkələrdə rastlaşdıqları səhifələrin etibarlılığını əvvəlcədən yoxlamalı, şübhəli səhifələr vasitəsilə alış-veriş etməməlidirlər:
“Məhsulu sifariş etməzdən və ödənişi həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması mütləqdir”.
DİN rəsmisi şəxsi və bank kartı məlumatlarının üçüncü şəxslərlə paylaşılmamasını da tövsiyə edib:
“CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodunu və bu kimi digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın”.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Sürücülərin nəzərinə | Paytaxtın hansı ərazilərində nəqliyyatda dəyişiklik olacaq? - Baku TV CANLI
- Paytaxtın əsas prospektlərində mümkün sıxlıqla bağlı xəbərdarlıq edildi - Baku TV
- Yola çıxmazdan əvvəl marşrutunuzu yenidən nəzərdən keçirin - Baku TV CANLI
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
