"Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətə əsasən, Xırdalan şəhəri, Mirzə Ələkbər Sabir küçəsi, dalan 2 ünvanında sakinlərdən birinə məxsus, çıxarışlı 6 sot torpaq sahəsinin yola açılan hissəsində transformator quraşdırılması planlaşdırılır.
Bu isə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Torpaq sahibi bildirir ki, transformatorun həmin ərazidə quraşdırılması gələcəkdə tikinti işləri aparmasına mane olmaqla yanaşı, təhlükəsizlik baxımından da narahatlıq yaradır.
“Bu gün mənim çıxarışlı 6 sot torpağımın yola düşən hissəsində bir neçə qurum tərəfindən transformator yerləşdirilmək istənilir. Etirazımı bildirəndən sonra mənə dedilər ki, aidiyyəti qurumlara məndən şikayət edəcəklər”, – şikayətçi İsa İsayev deyib.
Digər şikayətçi isə transformatorun əvvəlcə yolun kənarında quraşdırılmasının nəzərdə tutulduğunu, lakin sonradan yerinin dəyişdirildiyini bildirib:
“Məhəllədə ən azı 50-60 uşaq yaşayır. Transformatorun burada yerləşdirilməsi ən təhlükəli variantdır”.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI
- "Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV
- Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI
- "Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV
- Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? - Baku TV
