Cəlilabada güclü dolu yağıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda dolu yağıb, güclü külək fəsadlar törədib, bəzi ərazilər işıqsız qalıb.
Aprelin 21-də axşam saatlarında yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın davam edib. Güclü külək onlarla ağacı aşırıb.
Rayonun müxtəlif ərazilərində müşahidə olunan dəyişkən hava şəraiti Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində yol kənarındakı ağacların aşmasına səbəb olub.
İlkin məlumata görə, 50-yə qədər ağacın aşmasından sonra yol bağlanıb. Təxminən 2 saatdan sonra hər 2 istiqamətdə nəqliyyatın hərəkəti bərpa olunub.
Rayon mərkəzində güclü külək 10 minlik elektrik ötürücüsünün sıradan çıxmasına səbəb olub. Gecə saatlarında rayonun müəyyən hissəsinin elektrik təminatı bərpa edilib.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq orqanlarla bərabər işlər görülür. İlk növbədə rayonun elektriklə təminatının tam bərpa edilməsi, aşan ağacların təmizlənməsi istiqamətində işlər aparılır.
Təbii fəlakətin fəasadlarını aradan qaldırmaq üçün texnika ilə yanaşı, canlı qüvvə də cəlb edilib.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
