“Cin çıxaran” kameramızı görüb özünü itirdi | Bakıda “cin çıxaranlar"ın yuvasına gizli basqın
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaş sosial şəbəkələrdə özünü onlayn “cin çıxaran” kimi təqdim edən şəxs tərəfindən aldadıldığını və maddi ziyana uğradığını bildirib.
Psixoterapevt Elmir Təhməzov bu kimi halların insan psixikasına ciddi zərər vura biləcəyini deyir:
“Bəzən bu proseslərdə xəstəyə fiziki zor tətbiq olunur ki, bu da vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər”.
Hüquqşünas Vüsal Cəfərov qeyd edib ki, əgər bu əməllər nəticəsində zərərçəkmişə 500 manatdan az maddi ziyan dəyərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, təqsirkar şəxs 160-240 saat ictimai işlərə cəlb edilə və ya 3 ayadək inzibati qaydada həbs oluna bilər.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən isə bildirilib ki, özünü “cin çıxaran”, “ruqyaçı” və ya oxşar adlarla təqdim edən şəxslərin fəaliyyəti xurafat elementləri daşıyır, dini etiqad azadlığına, dini ayinlərin icrası anlayışına heç bir aidiyyəti yoxdur:
“Əgər bu fəaliyyətlər zamanı, xüsusilə də azyaşlılara qarşı fiziki zorakılıq tətbiqi ilə bağlı müraciət olarsa, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür və ya bu hallara hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına məlumat verir”.
#Dələduzluq teqi istifadə olunub
- “Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
