Pleyeri seçin:

Daha 65 peşə sahibi təqaüdə 5 il tez çıxa biləcək | Nazirdən açıqlama - Baku TV

03 dekabr 2025 695 baxış

"Azərbaycanda erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir:

"Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosialyönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir".

Anar Əliyevin sözlərinə görə, təkcə 200-dən çox sahə üzrə 4 mindən çox vəzifə və peşə üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə beş il erkən pensiya təyin olunur.

"Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bununla da erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatı real, məntiqli olan təkliflərə baxırıq və onları qiymətləndiririk", – deyə nazir əlavə edib.

Kopyalandı
Banner
"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

Cəmiyyət
04 noyabr 2026 695 baxış
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 695 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 695 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 695 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 695 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 695 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 695 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 695 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 695 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 695 baxış
Seçilmişlər
icon