Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - Baku TV
Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraiti sakinlərin ən çox şikayət etdiyi problemlərdən birinə çevrilib. Məsələ "Aktual Gündəm" verilişində də müzakirə olunub.
Verilişdə ekoloq Sadiq Həsənov tozun miqdarının artmasına səbəb kimi həm də daş karxanalarında istifadə olunan köhnə avadanlıqları göstərib.
Ekoloq bildirib ki, Qaradağ rayonu, Güzdək, Qızıldaş, Zirə və Türkan kimi ərazilərdə uzun illərdir fəaliyyət göstərən daş karxanalarında köhnə mişarlardan istifadə edilir:
"Bu zaman narın tozlar yaranır və ətrafa yayılır. Bundan əlavə, şəhər mərkəzindən kənarda aparılan tikintilərdə qaydalara lazımi səviyyədə riayət olunmur. Açıq havada saxlanılan daş, qum və sement istənilən küləkli havada ətrafa yayılaraq sıx toz təbəqəsi yaradır".
#Tozlu hava teqi istifadə olunub
- Bakı və Abşeron toz dumanına büründü | Bu cür hava şəraiti nə vaxta qədər davam edəcək? - Baku TV
- Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM
- Paytaxtı bürüyən tozun səbəbi? | Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama
- Tozlu hava nə vaxta qədər davam edəcək?
- Havanın keyfiyyəti sağlamlığımız üçün zərərlidir! – Elə fəsadları var ki...
