Pleyeri seçin:
Daşkəsəndə yağıntılar evlərə ciddi ziyan vurub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yağıntılar bölgələrdə fəsadlar törətməyə davam edir.
Daşkəsənin Məhəmməd Əsədov küçəsində yol kənarındakı istinad divarının uçması nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.
Sakinlərin sözlərinə görə, yolun digər tərəfindəki fərdi evə də ciddi zərər dəyib. Burada məskunlaşan 3 ailənin 11 üzvü evi tərk etməli olub.
Qeyd edək ki, aramsız yağıntılar rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində də əkin sahələrinə, körpülərə və yollara ciddi ziyan vurub. Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb. Hazırda bərpa işləri davam etdirilir.
Kopyalandı
#Daşkəsən teqi istifadə olunub
- Daşkəsəndə tükürpərdən hadisə | 13 yaşlı yeniyetmənin döyüldüyü iddia edilir - Baku TV
- "Gediş-gəliş tamamilə dayanıb" | Daşkəsəndə təbii fəlakət ciddi fəsadlar törətdi - Baku TV
- Daşkəsəndə acınacaqlı vəziyyət | Suyun içində olan sakinlər fəryad etdi - Baku TV
- Daşkəsən dağlarında vacib əməliyyat | Gizli plan belə ifşa olundu!
- “AzerGold” və MEDİA-nın jurnalistlər üçün təşkil etdiyi təlim və mediaturdan görüntülər
