Pleyeri seçin:

“Dedilər ki, Hepatit C var, amma...” | Küçədə qalan qadından qalmaqallı sözlər

20 may 2025 712 baxış

Güləbətin Zəkiyevanın 55 yaşı var. Aprelin son günlərinədək sığınacaqda qalıb.

Dediyinə görə, qaldığı yerdən Hepatit C diaqnozuna görə qovulub. Daha sonra başqa bir klinikada qan analizi verib və məlum olub ki, heç də xəstə deyil.

“Heç kimim yoxdur, valideynlərim dünyasını dəyişib. Aprelin 27-dən küçədəyəm. Natəmiz vəziyyətdə yaşayıram, gecələr də küçədə qalıram. Kim nə qədər gücü çatırsa, yardım əlini uzadır”, – deyə Güləbətin Zəkiyeva bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Güləbətin Zəkiyeva müəssisəyə 2021-ci ilin sentyabrında yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb:

“Vətəndaş 2024-cü ilin avqustunda öz ərizəsi ilə sığınacaqdan çıxıb. 2025-ci ilin yanvarında yenidən müəssisəyə qəbul edilib və ötən dövrdə burada dövlət qayğısı ilə əhatə olunub. Müəssisə sakinlərinin sağlamlıq vəziyyətlərinin diqqətdə saxlanılması məqsədilə mütəmadi aparılan müayinələr zamanı Güləbətin Zəkiyevanın Hepatit C nəticəsinin müsbət olduğu aşkarlanıb.

Digər sakinlərin sağlamlığının qorunması məqsədilə və müəssisənin daxili qaydalarına əsasən vətəndaşın sığınacaqda qalma müddətinin məhdudlaşdırılmasına qərar verilib. Eləcə də onunla profilaktik söhbət aparılaraq müvafiq tibb müəssisəsinə müraciət etməsi tövsiyə edilib”.

Qurumdan onu da qeyd ediblər ki, yaxın qohumları dəfələrlə Güləbətin Zəkiyevanı öz ata evinə aparmaq istəsələr də, bundan imtina edib.

Banner
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 712 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 712 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 712 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 712 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 712 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 712 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 712 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 712 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 712 baxış
Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV

Cəmiyyət
09 noyabr 2026 712 baxış
Seçilmişlər
icon