Dələduzların yeni taktikası
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə yalançı iş elanları yayaraq dələduzluq edənlər yeni metoda əl atıblar.
Belə ki, saxta xarici nömrələrdən vətəndaşlara iş təklifləri ilə bağlı həvəsləndirici mesajlar göndərir, rüsum adı ilə onlardan müəyyən məbləğdə pul alaraq mənimsəyirlər. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.
“Onlar elan saytları vasitəsilə yüksək maaşla iş təklif edirlər. İşlə bağlı onlara müraciət edənlərdən də müəyyən məbləğdə rüsum istəyirlər. Daha sonra isə həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur. Həmin şəxslər adətən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edir və yazışmanı vatsap vasitəsilə aparırlar. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə təmin olunur”, - deyə Daxili İşlər Nazirliyindən qeyd edilib.
DİN bu kimi dələduzluq halları ilə üzləşən şəxslərə polisə müraciət etməyi, həmçinin vətəndaşlara tanımadıqları şəxslərə, etibar etmədikləri şirkətlərə onlayn qaydada pul köçürməməyi tövsiyə edir.
#Dələduzluq teqi istifadə olunub
- Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV
- Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI
- "Gəldim ki, evimdə başqası yaşayır, təmir də edib" | Bir mənzil neçə nəfərə satılıb? - Baku TV
- Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI
- "Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi
