Dəniz mənzərəsində Avropa həzzi yaşayacaqsınız
Yeniliklərdən dərhal xəbərdar olun
“Bahar Cafe” həm Azərbaycan, həm də Avropa mətbəxinin qastronomik dünyasına qərq ola biləcəyiniz məkandır.
2 mərtəbəli kafedə sizə rahatlıq bəxş edən, eləcə də səmərəli vaxt keçirəcəyiniz gözəl terras var. Burada sizin yeməkdən sonra bir stəkan təzə dəmlənmiş, ətirli çayın arxasında sevdiklərinizlə birlikdə istirahət etmək imkanınız olacaq.
Məkanın əsas üstünlüyü dənizə və şəhərə açılan əsrarəngiz mənzərəsidir ki, burada siz dincələ və narahatlıqlardan uzaqlaşa bilərsiniz. Ənənəvi yeməklərlə yanaşı, menyuda şirniyyat sevənləri sevindirə biləcək geniş çeşidli desertlər, həmçinin müxtəlif növdə içkilər – ətirli çaylar, təravətləndirici limonadlar və s. olacaq.
Məkanda qonaqlar üçün xüsusi hazırlanmış biznes lançlar da təqdim olunur. Həftə sonları ailəvi səhər yeməyi üçün yer axtarırsınızsa, o zaman “Bahar Cafe” keyfiyyətli vaxt keçirəcəyiniz ən gözəl məkandır.
