Dənizi də alıb-satmaq mümkün imiş? - “21 sotu kupçalıdır, belə şey yoxdur da...”
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxs Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıb.
Bəs çimərlik ərazisinin alqı-satqısı qanunidirmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, heç bir halda dənizkənarı ərazi satıla bilməz:
“Dənizkənarı ərazilərdə mövcud olan torpaq sahələri müvafiq dövlət qurumlarından icarəyə götürülərək istifadə hüququ formalaşır və həmin ərazilərdə mövsümi olaraq müəyyən biznes xarakterli işlərin qurulması mümkündür. Lakin həmin ərazinin digər şəxslərə satılması qanunvericiliyə əsasən, qadağandır”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş yalnız qanunla təsdiqlənmiş şəxsi mülkiyyətini satışa çıxara bilər: “Ümumi istifadəyə aid sahələr, xüsusilə dənizkənarı zolaq dövlətin balansındadır və satıla bilməz”.
#Novxanı kəndi teqi istifadə olunub
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- "Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV
- Novxanıda ferma ilə bağlı şikayətlər | Sakinlər hansı problemlərdən narazılıq edir? - 24 SAAT
- Novxanıda ferma qalmaqalı | Sakinlərin narazılığına səbəb olan problem nədir? - Baku TV
