Novxanıda ferma qalmaqalı | Sakinlərin narazılığına səbəb olan problem nədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Novxanı kəndi, Salatın Əsgərova küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən fermadan şikayətçidirlər.
Vətəndaşların sözlərinə görə, həmin fermadan yayılan kəskin qoxu səbəbindən rahat nəfəs almaq mümkün deyil.
Sözügedən məsələ ilə bağlı kənd sakinləri Baku TV-yə narazılıqlarını bildiriblər.
“Fermada çoxlu sayda heyvan saxlanılır. Biz öz evimizdə dinc yaşamaq istəyirik. Evlərimizdə uşaq, qoca, xəstə, hamilə qadınlar və körpələr var. Ətrafa dözülməz qoxu yayılır”, – onlardan biri söyləyib.
Ferma sahibi Əlizamin İbrahimov isə məsələnin məhkəmədə araşdırıldığını deyib.
“Sakinlərin şikayət etmədikləri qurum qalmayıb. Məsələ ilə bağlı araşdırma gedir. Bura mənim kənd təsərrüfatı təyinatlı torpağımdır. Həmin torpaqda mal-qara, toyuq saxlamaq hüququm var”, – o söyləyib.
#Novxanı kəndi teqi istifadə olunub
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- "Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV
- Novxanıda ferma ilə bağlı şikayətlər | Sakinlər hansı problemlərdən narazılıq edir? - 24 SAAT
- “Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV
