Pleyeri seçin:

“Həkim qızımın başında tampon unudub” | Ana fəryad etdi: “Hər an iflic ola bilər...” - Baku TV

14 oktyabr 2026

Bərdə rayon sakini 22 yaşlı Aysel Quluzadənin anası qızının müalicəsi üçün kömək istəyir.

Səbinə Məmmədova Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, övladının səhhətindəki problemlər beş yaşında qulaq ağrısı ilə başlayıb.

Onun sözlərinə görə, doqquz aylıq müalicədən sonra Aysel həkim Əzizağa Talışınskinin iştirakı ilə əməliyyat olunub.

Ana iddia edir ki, cərrahi müdaxilə zamanı yol verilən səhv nəticəsində qızının başında tampon unudulub və bu, sonradan ciddi fəsadlara səbəb olub.

Səbinə Məmmədovanın sözlərinə görə, Aysel dəfələrlə əməliyyat olunub. Nəticədə onun kəllə sümüyündə yaranan defektin aradan qaldırılması üçün həmin nahiyəyə implant yerləşdirilib.

Hazırda implantlarda iltihablaşma olduğunu və qızının vəziyyətinin ağırlaşdığını bildirən ana onun Türkiyədə əməliyyat olunması üçün 21 min dollar tələb edildiyini deyir.

“İllərdir övladımın müalicəsi üçün çalışıram. Kafelərdə, restoranlarda qab yuyuram. Nə qədər işləsəm də, bu məbləği toplaya bilmərəm”, – deyə ana bildirib.

Səbinə Məmmədova əlavə edib ki, ikinci qrup əlilliyi olan qızının pensiyası 2025-ci il yanvarın 19-da dayandırılıb. Onun sözlərinə görə, Ayselin təcili əməliyyata ehtiyacı var və implantdakı iltihab həyatı üçün təhlükə yarada bilər.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib ki, Bərdə rayon sakini 2005-ci il təvəllüdlü Quluzadə Aysel Murad qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində elektron sistem üzərindən heç bir göndəriş (Forma-88) rəsmiləşdirilməyib. Bunun üçün vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni Forma-88 sənədi rəsmiləşdirildiyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Banner
Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Şəhərin mərkəzində keçirilən "Kəlağayı" yürüşündən görüntülər

Cəmiyyət
14 oktyabr 2026
Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Rəngarəng kəlağayıları ilə yürüşə qatılan xanımlar hər kəsin diqqətini çəkdi - Baku TV

Cəmiyyət
14 oktyabr 2026
Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026
Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar

Cəmiyyət
14 oktyabr 2026
“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

“Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026
10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026
Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV

Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV

Cəmiyyət
14 oktyabr 2026
Xarici hakerlər dövlət informasiya resurslarını hədəfə aldı - Baku TV CANLI

Xarici hakerlər dövlət informasiya resurslarını hədəfə aldı - Baku TV CANLI

Cəmiyyət
14 oktyabr 2026
Smartfondan istifadə zamanı başın vəziyyətinə diqqət etmək vacibdir

Smartfondan istifadə zamanı başın vəziyyətinə diqqət etmək vacibdir

Cəmiyyət
14 oktyabr 2026
Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV

Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV

Cəmiyyət
14 oktyabr 2026
Seçilmişlər
icon