Pleyeri seçin:

"Çörəyin qədrini həmişə bilmişəm” | 35 il çörək daşıyan novxanılı ağsaqqalın həyat hekayəsi

11 sentyabr 2026 235 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Ağagül Məmmədov olub.

Novxanıda məskunlaşan ailəsinin tarixindən, atasının 12 yaşında Cəlilabadın Hasıllı kəndindən Bakıya gəlməsindən və illər sonra ailəsi tərəfindən tapılmasından danışan Ağagül Məmmədov atasının həyat hekayəsini bölüşüb.

O bildirib ki, atası Novxanıda kənd sakinlərinin köməyi ilə böyüyüb, burada ailə qurub və ömrünün böyük hissəsini zəhmətlə keçirib.

Ağagül Məmmədov atasının və anasının ona aşıladığı dəyərlərdən, kənddəki həmrəylikdən və insanların bir-birinə dayaq olmasından da söz açıb:

“Biz kasıbçılıq çəkmişik. Amma ata-anamızı incitmək istəməmişik. Bir kostyum, bir köynək alardılar, çalışardıq ki, iki-üç il geyinək. Yemək, paltar üstündə danışmamışıq. Olandan yemişik”.

Ağagül Məmmədov 35 il çörək maşını sürücüsü kimi çalışdığını, bu peşənin ona çörəyin qədrini öyrətdiyini bildirib:

“Çörəyin qədrini həmişə bilmişəm. Maşının içində qırıntı olurdu. Hər dəfə baxırdım ki, qırıntı ayağımızın altına tökülməsin. Həmişə maşınımda süpürgə olub. Çörəyin qədrini bildim, Allah da məni və ailəmi dolandırdı”.

İnsanın maddi deyil, mənəvi zənginliyinin daha vacib olduğunu vurğulayan Novxanı sakini deyib:

“Əsas insanın qəlbini doydurasan ki, gözü tox olsun. İnsanın gözü tox, qəlbi geniş, səxavətli olsun”.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 235 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 235 baxış
Seçilmişlər
icon