Dəyişkən havalara hazır olun | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı ehtimal olunur. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 25-28 dərəcə isti olacaq.
Bölgələrdə də bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
