DİM abituriyentlərə çağırış etdi | Saxta səhifələrə inanmayın
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, son vaxtlar sosial şəbəkələrin monitorinqində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram”, “TikTok” və digər sosial şəbəkələrdə DİM-in icazəsi olmadan mərkəzin adından və emblemindən istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır:
"Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün mərkəzin loqotipindən istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər. İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur".
Bildirilib ki, mərkəzin adından və loqotipindən istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
"Qəbul kampaniyasının istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər", – məlumatda qeyd olunub.
#Dövlət İmtahan Mərkəzi teqi istifadə olunub
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- Əzbər bilik, yoxsa real bacarıq?
- PISA tipli tapşpırıqlar imtahanlarda nə zamandan tətbiq edilə bilər? - Baku TV
- İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV
- Doktoranturaya qəbulda kütləvi kəsilmə | Namizədlər DİM-in qərarına etiraz edir - 24 SAAT
