Pleyeri seçin:

DİN xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib - Baku TV

10 fevral 2026 578 baxış

Daxili İşlər Nazirliyi xaricdə iş və təhsil adı altında saxta elanlarla bağlı vətəndaşlara müraciət edib.

Qeyd edilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:

"Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin "152" Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala, getmək istədiyiniz ölkədə akkreditasiya olunan Azərbaycan diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə, iş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə, eləcə də bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.

Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz", – deyə Daxili İşlər Nazirliyinin müraciətində qeyd olunur.

Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 578 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 578 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 578 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 578 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 578 baxış
Seçilmişlər
icon