Pleyeri seçin:

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar

06 fevral 2025 605 baxış

Son illər özünü həkim-kosmetoloq adlandıranların sayı sürətlə artıb.

Araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin nə diplomları var, nə də kosmetoloq kimi fəaliyyət göstərmək üçün rəsmi icazələri. Buna baxmayaraq, onlar müxtəlif prosedurlar həyata keçirir və insanların sağlamlığını riskə atırlar.

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilərlər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz:

“Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla konservativ və korreksiya üsulları daxildir:

“Bu üsullar kosmetoloji işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər”.

Həmçinin qeyd edilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Banner
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 605 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 605 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 605 baxış
Seçilmişlər
icon