Direktor əvəzi ilə müəllim arasında dava
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda məktəb direktoru ilə müəllim arasında ciddi münaqişə yaşanıb.
Məlumata görə, hadisə rayonun Ovçubərə kənd tam orta məktəbin direktor əvəzi Üzeyir Eyvazovla riyaziyyat müəllimi Rasim Əmirov arasında olub. İnsident zamanı tərəflər şagirdlərin gözü qarşısında bir-birinə qarşı təhqiredici ifadələr işlədib. Baş vərən xoşagəlməz hadisə məktəbin müəlimlərindən biri tərəfindən telefonla çəkilərək sosial şəbəkələrə yerləşdirilib.
Direktor əvəzi Üzeyir Eyvazovun sözlərinə görə, mübahisə riyaziyyat müəllimi Rasim Əmirovun dərs vaxtı sinif otağını tərk etməsi səbəbindən yaranıb. Üzeyir Eyvazov direktor əvəzi təyin olunduğu vaxtdan bu yana Rasim müəllimlə tez-tez belə mübahisələrin baş verdiyini də deyib.
Rasim Əmirov isə bildirib ki, bir müddət əvvəl koronavirus xəstəliyi ilə əlaqədar müalicə olunduqdan sonra onun nəfəsalma ilə bağlı problemləri ortaya çıxıb. Hazırda o, müalicə alır və insident baş verən gün də özünü pis hiss etdiyindən yaxınlıqdakı evinə gedərək dərman qəbul edib.
O da məlum olub ki, direktor əvəzi Üzeyir Eyvazov özü də həmin orta məktəbi bitirib və insidentdə adı hallanan Rasim Əmirovun şagirdi olub.
#Məktəb direktoru teqi istifadə olunub
- Goranboyda məktəbdə qalmaqal | 10-cu sinif şagirdinə zorakılıq - CANLI
- Səs yazısı yayılan direktor barədə qərar verildi | Detallar açıqlandı
- Uşaqların bir manatlarını da ora qoymuşuq | Məktəb direktorunun qalmaqallı səs yazısı yayıldı
- İşdən azad olunan məktəb direktoru barədə hansı qərar verildi?
- Məktəb direktorunun vəzifəsindən azad edilmə səbəbi | Rəsmi açıqlama
