Pleyeri seçin:

Dövlət məktəbəqədər təhsilə vəsait ayırmayacaq? – Nazir açıqladı

13 noyabr 2025 548 baxış

“Məktəbəqədər təhsilin 100% dövlət tərəfindən maliyyələşməsi real deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ölkədə 600 min 1-5 yaşlı uşaq var və əgər bütün uşaqların məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulursa, bunun üçün dövlətin illik xərci təxminən 2,7 milyard manat təşkil edir.

Onun sözlərinə görə, bu vəsaitin hər il yalnız məktəbəqədər təhsilə xərclənməsi qeyri-real görünür:

"Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur ki, dövlət məktəbəqədər təhsilə gedən bütün uşaqların təhsil haqqını ödəsin. 100% dövlət tərəfindən maliyyələşən model tapmaq çətindir. Bu problemin həllinin fərqli alternativ tələb etdiyini nəzərə alaraq, son illər alternativ modellər tətbiq edirik".

Nazir qeyd edib ki, yeni modellər hazırlanarkən həmin uşaqların valideynlərinin sosial vəziyyəti, işləyib-işləməməsi və şəhər-kənd fərqləri nəzərə alınmalıdır.

E.Əmrullayev həmçinin icma əsaslı məktəbəqədər təhsil modelinin ənənəvi baxçadan təxminən 8 dəfə ucuz başa gəldiyini diqqətə çatdırıb:

"Bir uşağı ənənəvi məktəbəqədərə göndərmək əvəzinə, həmin vəsaitlə 8 uşağı icma əsaslı məktəbəqədərə cəlb etmək mümkündür. Bu model artıq özünü doğruldur".

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 548 baxış
Seçilmişlər
icon