Pleyeri seçin:
Dövlət qurumunun sabiq rəisi və əməkdaşlarına cinayət işi açıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Auditorlar Palatasının sabiq rəisi və 2 əməkdaşı barəsində araşdırma aparılıb.
“Trend” xəbər verir ki, Auditorlar Palatasının maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Təqsirləndirilən şəxslərə cinayət məcəlləsinin 179.4, və 308.2 maddələri ilə ittiham irəli sürülüb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Kopyalandı
