Dövlət Xidmətindən hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Bildirilib ki, noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 16-19 dərəcə isti olacaq.
Bölgələrdə də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 18-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 16-19, dağlıq ərazilərdə isə 4-8 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
