Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Bildirilib ki, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.
“BDYPİ son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir”, ‒ müraciətdə qeyd edilib.
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
