Pleyeri seçin:
Dronla düşmən səngərlərini məhv edərkən şəhid oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirləri zamanı şəhid olan Xəyal Canbaxışov dəfn edilib.
Dəfn mərasimində şəhidin yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin atası Xeyrulla Canbaxışov oğlu ilə antiterror tədbirlərindən 3 gün əvvəl görüşdüyünü deyib: “Sevinclə deyirdi ki, dron uçururam, gedib başlarını əzəcəyəm”.
X.Canbaxışovun sözlərinə görə, Xəyal son anlarında ailəsi ilə əlaqə saxlayıb: “Bacısına mesaj göndərib ki, dronun birini başlarına vurdum, birini də səngərlərinə. Bir saat sonra isə minaatan atəşinə düşüb”.
Kopyalandı
#Antiterror tədbirləri teqi istifadə olunub
- 21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV
- 23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV
- Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
